Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Xatırladaq ki, ötən gün Ermənistan İstintaq Komitəsindən bildirilib ki, “1 Mart” hadisələri ilə bağlı iş çərçivəsində Hovhannes Tamamyan saxlanılıb.
Məlumatda deyilir: “Ermənistan İstintaq Komitəsinin xüsusilə mühüm işlərin istintaqı üzrə baş idarəsinin, işgəncə və vəzifəli şəxslər tərəfindən zor tətbiq etməklə səlahiyyətlərdən sui-istifadə və ya onları aşma cinayətlərinin araşdırılması şöbəsində aparılan cinayət işi üzrə toplanmış faktiki məlumatlarla təsdiqlənib ki, Ermənistan polisinin Cinayət Axtarışı Baş İdarəsinin rəisinin birinci müavini H.T. heç bir əsas olmadan 2008-ci il martın 1-də səhər tezdən polis əməkdaşlarına Azadlıq meydanında keçirilən mitinq iştirakçısı E.A.-nı döymək və onu Ermənistan polisinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə aparmaq barədə göstəriş verib.
Bundan dərhal sonra polis əməkdaşları öz xidməti səlahiyyətlərindən açıq şəkildə irəli gəlməyən və həmin səlahiyyətlərin hüdudlarından kənara çıxan hərəkətlər ediblər. Belə ki, onlar E.A.-ya qarşı zor tətbiq edərək əllə və ayaqla bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endiriblər və onun sağlamlığına həyat üçün təhlükəli ağır xəsarətlər yetiriblər.
İstintaq zamanı əldə edilmiş faktiki məlumatlar əsasında Ermənistan polisinin Cinayət Axtarışı Baş İdarəsinin rəisinin birinci müavini H.T. barəsində 2003-cü il aprelin 18-də qəbul edilmiş cinayət məcəlləsinin 38-309-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərini aşmağa təhrik etmə) ilə ictimai cinayət təqibi başlanıb”.
Alpər Mövludoğlu
Ordu.az