Xorvatiya, Fransa və Slovakiya səfirlikləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib

2026/02/1772050162.jpg
Oxunub: 377     12:20     26 Fevral 2026    
Xorvatiya, Fransa və Slovakiyanın Bakıdakı səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım edib.

Ordu.az xəbər verir ki, bu barədə diplomatik missiyaların sosial şəbəkələrdəki hesabında bildirilib.

Fransanın səfirliyinin paylaşımında qeyd olunub: "Bu gün biz Azərbaycan xalqı ilə birlikdə Xocalı qurbanlarının xatirəsini yad edirik".

Xorvatiyanın səfirliyinin paylaşımında bildirilib: "Bu gün biz dərin kədər hissi ilə Xocalı soyqırımı qurbanlarını xatırlayırıq və o faciəli gecədə yaxınlarını itirənlərə başsağlığı veririk".

Slovakiyanın Bakıdakı səfirliyi də Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   Fransa   Slovakiya  


Bizi "telegram"da izləyin