Ermənistanın iki balıq ixracatçısı Rusiyanın məhdudiyyətləri altına düşüb

2026/06/1782555449.jpg
Oxunub: 198     14:13     27 İyun 2026    
Balıq istehsalı ilə məşğul olan “MF Export” və “Invest Plyus” şirkətləri son həftələr Rusiyaya məhsul ixrac etməsələr də, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər siyahısına daxil ediliblər.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin sözçüsü Anuş Harutyunyan bildirib ki, hər iki şirkət Rusiyaya məhsul ixracı üçün icazə aldıqdan sonra heç bir məhsul partiyası göndərməyib.

Onun sözlərinə görə, “MF Export” və “Invest Plyus” şirkətlərinin Rusiya Federasiyasına idxalına icazə verildikdən sonra onlar heç bir məhsul partiyası ixrac etməyiblər.

Ötən ay aparılan yoxlamalardan sonra Rusiya mütəxəssisləri bu iki şirkətə yenidən Rusiyaya balıq ixrac etmək icazəsi vermişdilər. Lakin sonradan Rusiyanın “Rosselxoznadzor” qurumu həmin müəssisələrin məhsullarının sertifikatlaşdırılmasını da müvəqqəti dayandırmaq qərarına gəlib.

Şirkətlərin məhsul ixrac etmədiyi halda niyə məhdudiyyətlərə məruz qalması ilə bağlı suala cavab verən Anuş Harutyunyan bunun səbəbini bilmədiklərini bildirib.

“O sualın cavabı məndə yoxdur. Rusiyanın hansı əsaslarla qərar verdiyini deyə bilmərəm. Bildiyimiz yeganə məqam odur ki, icazə verildikdən sonra həmin iki şirkət Rusiyaya heç bir məhsul partiyası ixrac etməyib”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin