Rusiya "Naftoqaz" obyektlərinə ballistik raketlər və PUA-larla zərbələr endirib

2026/06/1782220114.jpg
Oxunub: 254     14:01     27 İyun 2026    
Rusiya qoşunları ardıcıl iki gündür Ukraynanın "Naftoqaz" şirkətinin obyektlərinə zərbələr endirir.

Ordu.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, son iki gündə "Naftoqaz" obyektləri pilotsuz uçuş aparatları ilə və azı dörd ballistik raket, o cümlədən kaset döyüş başlıqlı raketlərlə hücuma məruz qalıb.

İstehsalat obyektlərindən birinin əməkdaşlarını daşıyan avtobus zədələnib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Şirkətdən qeyd edilib ki, hücumlar nəticəsində dağıntılar olub. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Naftoqaz   PUA  


Bizi "telegram"da izləyin