“Past”: “1 Mart” işi üzrə yeni təqsirləndirilənlər kimlər olacaq?

2026/02/1772084252.jpg
Oxunub: 372     09:36     26 Fevral 2026    
Ermənistan Antikorrupsiya Komitəsinin rəhbəri Artur Nahapetyan ötən gün bəyan edib ki, “1 Mart” işi üzrə yaxın vaxtlarda yeni təqsirləndirilən şəxslər olacaq. Lakin komitə rəhbəri onların kimliyini açıqlamayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşə görə, “1 Mart” işi üzrə illərdir məhkəmədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, Armen Gevorkyan, Seyran Ohanyan və Qriqori Xaçaturova qarşı istintaq aparılır.

“Bir neçə gün əvvəl hüquq-mühafizə orqanları “1 Mart” işi çərçivəsində İrəvanın keçmiş polis rəis müavini Robert Melkonyana və Ermənistanın keçmiş polis rəisi Valeri Osipyana ittiham irəli sürüldüyünü bildiriblər.

“1 Mart” üzrə cinayət işi çərçivəsində Ermənistan polis rəisinin müavini vəzifəsini tutmuş Saşa Afyan da təqsirləndirilən şəxsdir. Onun barəsində ibtidai istintaq başa çatdırılıb və iş materialları ittiham aktı ilə məhkəməyə göndərilib”, - deyə nəşr qeyd edib.

KİV-in məlumatına görə, prokurorluq 2008-ci il martın 1-də vəzifədə olmuş polis rəisinin daha iki keçmiş müavininə də ittiham irəli sürmək niyyətindədir.

“Söhbət birinci polis rəis müavini Ararat Mahtesyan, polis rəis müavini Hovhannes Hunanyan və Ermənistan polis rəisinin müavini, İstintaq Baş İdarəsinin rəisi Qaqik Hambardzumyandan gedir. Mahtesyan 2008-ci ilin iyununda, Hunanyan isə 2013-cü ilin oktyabrında vəzifədən azad olunub. Hər ikisi ehtiyata buraxıldıqdan sonra ciddi fəallıq göstərməyib. Qaqik Hambardzumyan 2018-ci ilin yanvarında vəzifədən azad edilib, 2021-ci il seçkilərində isə “Hayastan” blokunun seçki siyahısında 55-ci yerdə olub.

Mənbələrimizin bildirdiyinə görə, bu keçmiş polis məmurları barəsində cinayət işi Saşa Afyanın işi ilə eyni maddə üzrə, Azadlıq meydanından nümayişçilərin zorla dağıdılması və zorakılıq tətbiq edilməsi faktları üzrə başlanacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 1-Mart   Ermənistan  


Bizi "telegram"da izləyin