“Hraparak”: Paşinyan kilsə məsələsində taktikasını dəyişib

2026/02/1770877402.jpg
Oxunub: 431     09:21     26 Fevral 2026    
Ötən bazar günü Göyçə şəhərindəki kilsədə Paşinyanın iştirakı ilə keçirilən liturgiyadan sonra (bu mərasim zamanı bütün ermənilərin katolikosu II Qareginin adı çıxarılmayıb) Paşinyanın komandasında çaşqınlıq yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, onlar heç cür anlaya bilmirlər: “şef” kilsəyə və katolikosa qarşı kampaniyadan əl çəkibmi, yoxsa “böyük müharibə” öncəsi fasilə götürüb və seçici itirmək istəmir?

“Vətəndaş Müqaviləsi” Partiyasının daxilində belə qənaət formalaşıb ki, ən azı bu mərhələdə atəşkəs elan ediləcək və parlament seçkilərinin nəticələri gözləniləcək. Əgər iyunun 7-də onlar qalib gəlsələr, məsələ öz-özünə həll olunacaq və katolikos könüllü şəkildə vəzifəsindən gedəcək.

Bu mərhələdə kampaniyanı davam etdirmək onlara səs itkisi gətirə bilər, ona görə də fasilə vermək lazımdır. Parlament seçkiləri ərəfəsində kilsəyə qarşı kampaniya yalnız onların reytinqinə zərər vurur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kilsə  


Bizi "telegram"da izləyin