Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Almaniyaya səfər edib

2022/02/ds456-1643977819.jpg
Oxunub: 441     08:44     26 Fevral 2026    
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib.

Ordu.az xəbər verir ki, X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xələf-Xələfov   Almaniya  


Bizi "telegram"da izləyin