Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR

2026/02/1772050016.jpg
Oxunub: 425     23:47     25 Fevral 2026    
Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ukraynalı həmkarı Denis Şmıqalla onlayn formatda görüşüb. Onun sözlərinə görə, görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri ilə yanaşı, Azərbaycanın Ukraynanın enerji dayanıqlılığına yardımı ilə bağlı da fikir mübadiləsi aparılıb.

S. Mərdəliyev nazirlərin görüşündən sonra D. Şmıqalla ikitərəfli enerji əməkdaşlığını daha da gücləndirmə istiqamətində müzakirə apardığını qeyd edib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin