Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüşdə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini də iştirak edib.
“Görüş zamanı fransız özəl şirkətlərinin nümayəndələri fəaliyyətlərinin əsas istiqamətləri barədə ətraflı məlumat verib, topladıqları təcrübə və peşəkar potensialı Ermənistanda müxtəlif formatlarda investisiya proqramlarının həyata keçirilməsinə yönəltməyə hazır olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az