Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

2026/02/1772035280.jpg
Oxunub: 369     19:47     25 Fevral 2026    
Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində məlumat yayıb.

"2026-cı ildəki ilk qrup - Ukraynadan olan 26 uşaq Bakıya gəlib. Ukraynanı müdafiə edənlərin uşaqları peşəkar qulluq və reabilitasiya alacaqlar", - o yazıb.

Səfirin sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycanda 498 ukraynalı uşaq reabilitasiya keçib. Qusev həmrəylik və dəstəyə görə Azərbaycana bir daha təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin