Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Nazir müavininin sözlərinə görə, KTMT çərçivəsində qarşılıqlı fəaliyyət kontekstində Moskva üçün əsas məsələ, Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə vurğuladığı kimi, İrəvanın birliyin tamhüquqlu üzvü olaraq qalmasıdır.
“Biz Ermənistanı müttəfiqlik qarşılıqlı fəaliyyətindən kənarlaşdırmırıq, onun üçün təşkilat çərçivəsində hazırlanmış bütün qərarlara qoşulmaq imkanını saxlayırıq. Eyni zamanda, əlbəttə ki, tərəfdaşlarımızın Qərb ölkələri ilə atdığı addımları, o cümlədən KTMT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğunluq baxımından diqqətlə izləməyə davam edirik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az