Müdafiə naziri qış aylarında orduda təminata ciddi nəzarət edilməsini tapşırıb

2025/03/1743174680.jpg
Oxunub: 321     14:44     14 Fevral 2026    
Müdafiə naziri qış aylarında orduda təminata ciddi nəzarət edilməsini tapşırıb.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına dair kollegiya iclası zamanı məlumat verilib.

Bildirilir ki, müdafiə naziri qış aylarında Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarətin həyata keçirilməsini, hərbi hissələrdə yaradılan bütün növ ehtiyatların daima nəzarətdə saxlanılmasını, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını, eləcə də psixoloji və tibbi təminat məsələlərinin diqqət mərkəzində olmasını aidiyyəti vəzifəli şəxslərə tapşırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-naziri   Ordu  


Bizi "telegram"da izləyin