KTMT Birləşmiş Qərargah rəisi: “Qərb Cənubi Qafqazda təsirini gücləndirməyə çalışır”

2026/02/79957-1770892642.jpg
Oxunub: 322     14:36     12 Fevral 2026    
“Qərb ölkələri Cənubi Qafqaz regionunda öz təsirlərini gücləndirməyə çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinq zamanı bildirib.

“Qafqaz regionunda yaranmış vəziyyət xüsusi narahatlıq doğurur. Bu vəziyyət köhnə, həll olunmamış ziddiyyətlərlə yeni geosiyasi çağırışların birləşməsi ilə xarakterizə olunur. Cənubi Qafqazda təsirini gücləndirmək üçün Qərb ölkələrinin atdığı addımlar da buna ciddi şəkildə töhfə verir”, - deyə o qeyd edib.

Mərkəzi Asiya barədə danışan KTMT Birləşmiş Qərargah rəisi vurğulayıb ki, Əfqanıstanda fəaliyyət göstərən çoxsaylı beynəlxalq ekstremist və terrorçu qruplar regionun sabitliyinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Serdyukovun sözlərinə görə, bu, terrorizmin qonşu ərazilərə “ixracı” üçün real təhlükə yaradır. “Radikal dağıdıcı ideologiyaların yayılması və narkotik dövriyyəsi də ciddi çağırışlar olaraq qalır”, - deyə o qeyd edib.

KTMT Birləşmiş Qərargahının rəhbəri, həmçinin bildirib: “Ümumilikdə təşkilatın məsuliyyət zonasında vəziyyət gərgin və proqnozlaşdırılması çətin olaraq qalır. Beynəlxalq münasibətlərin davam edən deqradasiyası şəraitində münaqişə potensialı yalnız artacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serdyukov   KTMT  


Bizi "telegram"da izləyin