Ermənistanda “Reformistlər” partiyası sabiq müdafiə nazirinə seçkilərdə partiya siyahısına rəhbərlik etməyi təklif edib

2021/08/timth-1630141908.jpg
Oxunub: 321     14:30     12 Fevral 2026    
“Bu gün Ermənistanın sabiq müdafiə naziri, Ermənistanın Rusiyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, general-leytenant Vağarşak Harutyunyanla görüşmüşəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Reformistlər” partiyasının sədri Vahan Babayan yazıb.

“Biz həm Ermənistanın xarici və daxili çağırışlarını, mövcud vəziyyəti, həm də qarşıdakı seçkilərdə mümkün iştirak formatlarını müzakirə etmişik.

Bir çox siyasi məsələlərdə eyni mövqelərə malik olduğumuzu nəzərə alaraq, iyunun 7-də keçiriləcək Ermənistan parlament seçkilərində birlikdə iştirak etməyi təklif etmişəm və cənab Harutyunyanın böyük təcrübəsini nəzərə alaraq, qarşıdakı parlament seçkilərində siyahımıza rəhbərlik etməsini də təklif etmişəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Babayan   Harutyunyan  


Bizi "telegram"da izləyin