Erməni deputat: “Silahlı Qüvvələrdə qeyri-bərabər şərait yaradılıb, hətta “batinkalar” belə hər kəsin ayağında fərqlidir”

2026/02/1770876866.jpg
Oxunub: 328     13:13     12 Fevral 2026    
“Cənab Papikyan, bir neçə gün əvvəl yeni modul tipli hərbi hissənin açılışı zamanı sıraya düzülmüş yüksək rütbəli hərbçilərin “batinkaları” diqqətimi çəkdi. Fotolara baxsanız, görərsiniz ki, hər birinin ayağında fərqli “batinkalar” var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan deyib.

“Ola bilər ki, ağ “batinkalar” geyinilməsi ilə bağlı əmr vermisiniz, amma bu “batinkalar” haradandır? Kim hansı mağazadan tapa bilirsə, ordan alır.

Silahlı Qüvvələrdə qeyri-bərabər şərait yaradılıb. Məsələn, bu gün parlamentdəki müzakirəni dinləyən arxa cəbhə xidmətinin və attestasiyadan keçmə növbəsi hələ çatmayan hərbçiləri attestasiyadan keçənlərlə müqayisədə xeyli az maaş alır.

Uzun illər döyüş növbətçiliyi həyata keçirmiş, lakin həm subyektiv, həm də obyektiv səbəblərdən attestasiyanın tələb olunan həddini keçə bilməmiş çoxlu müqaviləli hərbçilərdən eşidirəm ki, onlar başlarını aşağı salaraq, çətin həyat şəraitində Ermənistan naminə xidmətlərini davam etdirir”, - deyə Manukyan qeyd edib.

O bildirib ki, 700 000-800 000 dram kimi rəqəmləri eşitmək sevindiricidir və bəli, hərbçi yüksək maaş almalıdır.

“Lakin bu əməkhaqqı sistemi və attestasiya institutunun tətbiqi zamanı əvvəlcədən mövcud olan və yaranacaq qeyri-bərabərliklərlə bağlı narahatlıqlar aradan qalxmayıb, əksinə, daha da dərinləşib”, - deyə Manukyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan   Ordu  


Bizi "telegram"da izləyin