II Qaregin İrəvandakı məzarlıqda suallara cavab verməyib

2026/01/1769594839.jpg
Oxunub: 379     14:06     28 Yanvar 2026    
Bir qədər əvvəl çoxsaylı ruhani heyətin müşayiəti ilə bütün ermənilərin katolikosu II Qaregin “Yerablur” hərbi məzarlığını ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, o, jurnalistlərin heç bir sualını cavablandırmayıb, halbuki kilsə ətrafında baş verən proseslər, arxiyepiskop Gevorq Saroyanın (artıq Arman Saroyan) vəzifədən uzaqlaşdırılması, kilsənin mümkün parçalanması, digər yepiskopların da vəzifədən kənarlaşdırılması ehtimalı və sonrakı addımlarla bağlı çoxsaylı suallar səsləndirilib.

Ruhanilər birlikdə dua edib, dini ayin icra ediblər. Mərasimdən sonra da II Qaregin heç bir suala cavab verməyib.

Onu müşayiət edənlər bildiriblər ki, bütün suallara daha sonra ayrıca münasibət bildiriləcək.

Ziyarətini başa vurarkən, buna baxmayaraq, II Qaregin qısa çıxış edib: “Hər dəfə bu müqəddəs məkanı ziyarət edərkən sizə bir xahişlə müraciət edirik, günün məna və mahiyyətini pozmamağa, bu günü öz mənası içində yaşamağımıza imkan verməyə çağırırıq. Bu münasibətlə öz müraciətimizi artıq ünvanlamışıq, buraya övladlarımızın xatirəsi qarşısında ehtiramımızı bildirməyə, ölkəmizin sülh, təhlükəsiz və firavan həyatı üçün Allaha dua etməyə gəlmişik. Xahiş edirik, bu günü öz mənası ilə yaşamağa imkan verin, artıq suallarla günün məna və mahiyyətini pozmayın. Bu sualları başqa vaxtlarda vermək imkanınız var. İnformasiya şöbəmizin rəhbəri ilə əlaqə saxlayın. Allah sizi qorusun, sülh içində qalın”.

Bu sözlərdən sonra o, ruhani heyətin müşayiəti ilə ərazini tərk edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: II-Qaregin   Ermənistan  


Bizi "telegram"da izləyin