Gürcüstanda müxalifət partiyası Baş nazirin debat təşəbbüsünə hazır olduğunu açıqlayıb

2024/10/1729064840.jpg
Oxunub: 314     13:17     28 Yanvar 2026    
Gürcüstanın müxalifət partiyası "Sol Alyans" Baş nazir İrakli Kobaxidzenin təşəbbüsünə cavab olaraq debatlarda iştirak etməyə hazır olduğunu bildirib.

Ordu.az-ın məlumatına görə, partiya açıqlamasında qeyd edib ki, bütün tərəflərlə dialoqa açıqdırlar və mübahisəsiz hakimiyyətə gəlməyin, yəni güc yolu ilə hakimiyyəti ələ keçirməyin qəbuledilməz olduğunu vurğulayırlar.

"Sol Alyans" partiyası həm hökumət, həm də radikal müxalifət ilə debatlara hazırdır. Debatı dinləmədən qərar verən seçici ya rüşvət alır, ya da hipnoz altındadır. Debat olmadan hakimiyyətə gəlmək isə hakimiyyəti zorla ələ keçirmək deməkdir", – partiyanın funksionerləri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Debat  


Bizi "telegram"da izləyin