“Gəlin, boş yerə vızıldamayaraq, baxaq, rəqib 20 il silahlanırdı, bizim hakimiyyətlər nə edirdi?” - Mikayelyan

2026/01/dfgdf-1769591196.jpg
Oxunub: 342     13:04     28 Yanvar 2026    
“Ordunun hazırda dağıdıldığı iddiası ilə razılaşmıram”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan deyib.

“Xeyr, bunu necə deyə bilərəm? Mən ordunun yanındayam, mövqelərdə dayanırıq, ordu necə təşkil olunmaya bilər?”, - deyə o, “Yerablur”da jurnalistlərlə söhbətində bildirib.

Mikayelyan, həmçinin bildirib:

“Sərhəddə əsgərlərin mənəvi-psixoloji durumu çox yüksəkdir, 44 günlük müharibə zamanı da çox yüksək idi.

Biz həmişə öz əlimizlə uduzmuşuq. Erməni xalqı həmişə erməni xalqının əli ilə uduzub. Tarixi oxuyun, biləcəksiniz. Vazgen Sarkisyanı parlamentdə güllələdilər, komandir Mxitarın başını kəsib basdırdılar”.

“Pis rəhbərliyi nəzərdə tutursunuz?” sualına cavab olaraq o deyib: “Bunu siyasətə çəkməyin. Pis rəhbərlik əvvəlki hakimiyyətlər dövründə olub. Əgər rəqib 20 il müasir silah və sursat alırdısa, bunları kimin başına tökməli idi? Bizim başımıza, elə deyilmi? Bəs bizim hakimiyyətlər nə edirdi? Axı onlar da bilirdilər ki, heç bir məsələ danışıqlar mərhələsi ilə həll olunmayacaq.

Bu gün dövlətçiliyimiz var, qoyun sülhə gedək. “Yerablur”dayıq, 44 günlük müharibədə nə baş verdiyini gördük. Biz dövlət sərhədlərimizi qorumağa hazır olmalıyıq və normal şəkildə də qoruyuruq. Xarici siyasət də əla gedir, ona görə gəlin, boş yerə vızıldamayaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mikayelyan  


Bizi "telegram"da izləyin