Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan ordusu günü münasibətilə Yerablurda jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” partiyasından uzaqlaşdırılmış deputat Hovik Ağazaryan deyib.
“Bunun üçün əsaslar varmı, hər şeyin yaxşı olması üçün, ordunun daha yaxşı və döyüş qabiliyyətli olması üçün hər şey edilirmi?” sualına cavab verən Ağazaryan bildirib: “Bugünkü geosiyasi vəziyyətdə əgər bu əsaslar olmasaydı, biz hamımız artıq əllərimizi qatlayıb, çamadanlarımızı götürüb Ermənistanı tərk etməyə hazır olmalı idik. Əsaslar var, amma biz bu əsasları gücləndirməli, bəsləməli, inkişaf etdirməliyik ki, bu gün dövlətimizin qarşısında duran çağırışların öhdəsindən gələ bilək. Əks halda, buraya gəlməyimizin, ölən oğullarımızın qanının mənası olmazdı”.
İqtidar nümayəndələrinin bu gün “Yerablur”a gəlməməsi, əvəzində dünən ölənlərin xatirə günü elan edilərək “Yerablur”a baş çəkmələri ilə bağlı qeydə münasibət bildirən Ağazaryan deyib: “Bilmirəm, mən bu cür mərasim məsələlərindən bir qədər uzağam. İstərdim ki, bu, eyni gündə olsun, çünki bir-biri ilə çox sıx bağlıdır. Hər ikisinin öz mənası var”.
Alpər Mövludoğlu
Ordu.az