Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan ordusu günü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində “Yerkrapah” hərbi təşkilatının sədri, “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Sasun Mikayelyan deyib.
“O cümlədən, bu gün bildiyiniz kimi, çoxsaylı hərbi təlimlər keçirilir. Bu il neçə min nəfərin cəlb olunduğunu demək istəmirəm və proses ərzində biz tədricən peşəkar orduya keçməliyik. Bundan əlavə, sərhəd qoşunları var ki, bu gün artıq bütün sərhəd xətti boyunca dayanıb və bundan sonra da dayanacaq”, - deyə o bildirib.
Mikayelyan pul qarşılığında ordudan azad olunma və ya daha qısa müddətli xidmətlə bağlı layihəni şərh etmək istəməyib. O qeyd edib ki, bu mövzu onu maraqlandırmır, çünki hələ müzakirə mərhələsindədir və qanuna çevrilməyib: “Bu, ciddi məsələ deyil. Vaxtilə müzakirə olunub ki, ordu üçün nə faydalıdır, nə zərərlidir. Bu gün bu suala ötəri şəkildə cavab verə bilmərəm, çünki mən bu mövzuya dərindən bələd deyiləm”.
Alpər Mövludoğlu
Ordu.az