Eməni hərbi təşkilat sədri: “Bu gün bizim əsas vəzifəmiz sülhə getməkdir, gedişatda hər şey aydınlaşacaq”

2026/01/fghgf-1769588798.jpg
Oxunub: 358     12:23     28 Yanvar 2026    
“Gəlin nə ordunu manipulyasiya edək, nə də “Yerablur”u. Ordunu rahat buraxın”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan ordusu günü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində “Yerkrapah” hərbi təşkilatının sədri, “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Sasun Mikayelyan “Belə bir ordu üçünmü mübarizə aparmışdıq?” sualına münasibət bildirərkən deyib.

“Biz ordunun formalaşmasının başlanğıcında olmuşuq, birləşmiş şəkildə, komandir Vazgen Sərkisyanın rəhbərliyi altında “qələbə qazanmışıq”. Sonradan əvvəlki hakimiyyətlər dövründə siyasi meydanda nə baş verdiyini isə artıq onların özündən soruşun, bu onların problemidir. Bizə gəldikdə isə, biz öz qələbələrimizi məhz birlik şəraitində qazanmışıq.

Bu gün bizim əsas vəzifəmiz sülhə getməkdir, gedişatda hər şey aydın olacaq. Məni bura gətirməyin ki, nəsə deyim. Azərbaycan saytları hamısı məndən yazır, materiallar yayırlar, burada nə edirlərsə, götürüb təhlil edir, yerləşdirirlər. Sakit olun, gələcək sonra aydınlaşacaq. Amma bu gün bizim əsas vəzifəmiz ordumuzun möhkəmlənməsi, xalqımızın birləşməsidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin