Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan ordusu günü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində “Vətəndaş Müqaviləsi” partiyasından uzaqlaşdırılmış parlamentin deputatı Hakob Aslanyan deyib.
“Dünən səhifəmdə dörd il əvvəlki bir çıxışı paylaşmışdım. Orada deyirdim ki, biz ölkəmizi ailəmizdən daha çox sevmə səviyyəsinə çatmayınca, ciddi nəticələr əldə edə bilməyəcəyik.
Bu gün ordu lazım olduğu kimi silahlanmır, lazım olduğu kimi ayağa qalxmır. Təsəvvür edin, deyirlər ki, irəli gedirik. Sən addımlayaraq irəli gedirsən, amma görmürsən ki, yanındakı qaçaraq gedir.
Mən düşünürəm ki, bu hakimiyyət idarəetmə sistemində tamamilə iflasa uğrayıb”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az