Milli Məclis BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək

2026/01/1768986911.jpg
Oxunub: 331     10:16     28 Yanvar 2026    
Milli Məclis Birləşmiş Millətlər Təşkilatının (BMT) "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək.

Ordu.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabahkı iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı" Konvensiyasının təsdiq edilməsi haqqındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis   BMT  


Bizi "telegram"da izləyin