“Ordunun yalnız müharibə kontekstində dəyərləndirildiyi yanaşmalar keçmişdə qalıb” - Simonyan

2025/09/1758888657.jpg
Oxunub: 408     10:18     28 Yanvar 2026    
“Ordunun yalnız müharibə kontekstində dəyərləndirildiyi yanaşmalar artıq keçmişdə qalıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkə hesabında yazıb.

“Bu gün silahlı qüvvələrin mühüm missiyasını dəyərləndirərək, onu sülhün qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və cəmiyyətin inkişafının əsas dayağı kimi görürük. Bu dayağı inkişaf etdirməklə təhlükəsiz, ədalətli və demokratik Ermənistan quraraq irəli gedə bilərik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin