Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə MDB-nin baş katibi Sergey Lebedev, həmçinin Avrasiya məkanında fəaliyyət göstərən digər qurumların icra strukturlarının rəhbərləri də iştirak ediblər.
Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir: “Görüş dostluq şəraitində keçib. İştirakçılar beynəlxalq gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar və 2025-ci ildə Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrini yekunlaşdırıblar. Yaxın dövr üçün əsas hədəflər müəyyən edilib. Bunlara xarici siyasətin koordinasiyasının möhkəmləndirilməsi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional təhlükəsizliyin təmin edilməsi daxildir”.
Alpər Mövludoğlu
Ordu.az