Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

2026/01/1769571103.jpg
Oxunub: 387     04:53     28 Yanvar 2026    
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə təşkilatın "X" sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

"Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır", – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sülh-Şurası   Azərbaycan  


Bizi "telegram"da izləyin