Erməni yepiskop vəzifədən kənarlaşdırılıb

2026/01/1769538863.jpg
Oxunub: 384     22:33     27 Yanvar 2026    
Bu gün bütün ermənilərin katolikosu II Qaregin Ali Ruhani Şuranın 2026-cı il yanvarın 27-si tarixli qərarına uyğun olaraq patriarx sərəncamı ilə yepiskop Gevorq Saroyanı vəzifədən kənarlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, vəzifədən kənarlaşdırılma üçün əsas səbəblərdən biri onun Masyatsotn yeparxiyasının rəhbəri vəzifəsindən azad edilməsi və Üçmüədzin kilsəsinə qayıtması ilə bağlı patriarx sərəncamına etiraz etməsi olub.

Qeyd edilib ki, bu addımlar Masyatsotn yeparxiyasının normal fəaliyyətinə mane olub və onun məhkəməyə verdiyi iddia nəticəsində dövlətə aid qurumların kilsədaxili həyata müdaxiləsi üçün şərait yaradıb.

“Yepiskop Gevoq Saroyan kanonik qaydalardan yayınma və intizamsız hərəkətləri ilə itaət andını pozub. Vəzifədən kənarlaşdırılmış ruhani bundan sonra dünyəvilər sırasında, Arman Saroyan adı ilə qeyd olunacaq”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   II-Qaregin  


Bizi "telegram"da izləyin