Ermənistan xarici işlər naziri AŞPA-nın sədri ilə görüşüb

2026/01/1769532112.jpg
Oxunub: 381     20:40     27 Yanvar 2026    
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının sədri Petra Bayr ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Mirzoyan Petra Bayrı AŞPA sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Ermənistan xarici işlər naziri qeyd edib ki, onun Strasburqa səfəri simvolik xarakter daşıyır, çünki Avropa Şurasına Ermənistanın üzvlüyünün 25 illiyi ilə üst-üstə düşür.

Bildirilib ki, tərəflər parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Mirzoyan və Bayr regional inkişaflar ətrafında da fikir mübadiləsi aparıblar.

“Mirzoyan avqustun 8-də əldə olunmuş razılaşmaların nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində həyata keçirilmiş və davam edən addımları təqdim edib. Humanitar xarakterli məsələlərə də toxunulub”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AŞPA  


Bizi "telegram"da izləyin