Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ermənistan ilə Estoniya arasında ikitərəfli və çoxtərəfli platformalarda qurulmuş əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə dair məsələlər müzakirə olunub.
Qeyd edilib ki, bu kontekstdə iki ölkənin xarici siyasət qurumları arasında formalaşmış səmərəli qarşılıqlı fəaliyyət xüsusi vurğulanıb.
“2026-cı ilin may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısı və “İrəvan Dialoqu” konfransının hazırlıq işləri ilə bağlı məsələlərə də toxunulub.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular ətrafında da fikir mübadiləsi aparıblar. Davit Karapetyan qarşı tərəfə Cənubi Qafqazda baş verən prosesləri təqdim edib, o cümlədən “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsinin (TRIPP) (Zəngəzur dəhlizi-red.) icra çərçivəsinin qəbulunu qeyd edərək, bu layihənin, eləcə də regionda qarşılıqlı əlaqəliliyin inkişafına yönəlmiş digər proqramların həyata keçirilməsi nəticəsində gözlənilən iqtisadi imkanları vurğulayıb”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az