Erməni hərbi qulluqçunun nənəsi: “Nəvəmə hərbi xidmətdə olarkən məcburi şəkildə psixotrop dərmanlar verilir” (YENİLƏNİB)

2026/01/Ekran-1769454715.jpg
Oxunub: 822     21:08     26 Yanvar 2026    
Ermənistan Müdafiə Nazirliyi “News.am” saytında dərc edilən “Əsgər nəvəmə hospitalda məcburi şəkildə psixotrop dərmanlar verilir” başlıqlı materiala münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Yayılan məlumatlar reallığa uyğun deyil. Hərbçi hərbi hissədən qarnizona xidmət edən hospitala qəbul edilib və ilkin müayinədən sonra aşkar edilmiş sağlamlıq problemlərinin xarakterinə uyğun olaraq əlavə müayinə, müalicə və ekspertiza məqsədilə ixtisaslaşmış hərbi-tibbi müəssisəyə köçürülüb.

Hazırda hərbçi ixtisaslaşmış şöbədə müayinə olunur və diaqnoza uyğun müalicə alır, həkim-mütəxəssislərin konsultasiyaları tibbi göstərişlərə əsasən təşkil edilir. Hərbçi könüllü şəkildə müayinə və müalicə olunur, onun iradəsinə zidd heç bir tibbi müdaxilə aparılmır, dərman preparatları mövcud səhiyyə standartlarına uyğun olaraq təyin edilir və verilir.

Zəruri müayinələr və müalicə başa çatdıqdan sonra hərbçi hərbi-tibbi ekspertizaya təqdim ediləcək”.

***

“Nəvəmə hərbi xidmətdə olarkən məcburi şəkildə psixotrop dərmanlar verilir”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi qulluqçunun nənəsi Karine Marqaryan deyib.

“‎Nəvəm 20 gün əvvəl xidmətə yollanıb, Çəmbərəkdədir, “7q” maddəsi ilə xidmət edir. Uşaq hərbi hissədə ağrılar hiss edib, onu hospitala aparıblar. Orada qarın nahiyəsinə sürtüləcək bir maz veriblər. Daha sonra isə naməlum şəraitdə nəvəmi Kanaz hospitalına köçürüblər. Təxminən 10 gündür oradadır. Uşağım nevroloq və psixoloq tələb edib, lakin ona müvafiq mütəxəssislərin olmadığını deyiblər. Bundan sonra uşağa psixotrop vasitələr yeridiblər, səhər-axşam yatması üçün dərman verirlər, daim yuxugətirici verilir. Dərmanları ona məcburi şəkildə verirlər, hətta dilinin altını da yoxlayırlar ki, dərmanı saxlayıb-saxlamadığını görsünlər”, - Marqaryan bildirib.

Ermənistan Müdafiə Nazirliyi bu məsələ ilə bağlı yazılı sorğu tələb edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Əsgər  


Bizi "telegram"da izləyin