Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ararat Mirzoyan Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy ilə görüş keçirib.
Qeyd edilib ki, görüşün əvvəlində nazir Mirzoyan həmkarını Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Moldovaya keçməsi münasibətilə təbrik edib.
“Ararat Mirzoyan və Mixay Popşoy Ermənistan ilə Moldova arasında tərəfdaşlığın inkişafı və ikitərəfli gündəliyin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər hər iki ölkə üçün ümumi maraq doğuran sahələrdə, o cümlədən iqtisadi əməkdaşlığın fəal şəkildə təşviqi məsələsində maraqlı olduqlarını vurğulayıblar.
Demokratik institutların davamlı möhkəmləndirilməsi, hibrid təhdidlər, o cümlədən dezinformasiyaya qarşı səmərəli mübarizə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan və Moldova xarici işlər nazirləri Avropa İttifaqı ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edərək, Avropa inteqrasiyası prosesində təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər. Bu çərçivədə yaxın vaxtlarda İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə də toxunulub.
Görüşdə regional və beynəlxalq proseslər ətrafında da fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az