Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəldilməsi imkanlarını müzakirə ediblər.
“Ermənistan və Bolqarıstan arasında siyasi dialoq, parlamentlərarası əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, energetika və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmsöhbətlər demokratik inkişaf yolunda qarşıya çıxan çağırışların səmərəli şəkildə aradan qaldırılması, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət məsələlərini də müzakirə ediblər.
Nazir müavini Vahan Kostanyan “TRIPP yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin icrası istiqamətində görülən işləri təqdim edərək, rabitə sahəsində Ermənistan ilə Bolqarıstan arasında yaranan yeni imkanları vurğulayıb”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az