ABŞ-dən Ermənistana bir qrup vətəndaş deportasiya edilib

2026/01/1769441297.jpg
Oxunub: 426     19:26     26 Yanvar 2026    
Yaxın günlərdə ABŞ-dən gələn “Boeing” 767-300 təyyarəsi İrəvana enib və deportasiya edilən şəxslər məhz bu təyyarə ilə gətirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Sputnik Armenia” nəşri yazıb.

Ermənistan Daxili İşlər Nazirliyi vətəndaşların ölkəyə gəlişini təsdiqləyib, lakin onların sayını açıqlamayıb və hazırda hüquqi statuslarının müəyyənləşdirildiyini bildirib.

İlkin məlumata əsasən, təyyarə ABŞ-dən yola düşüb, Buxarestdə aralıq eniş edib, daha sonra İrəvana gəlib. Ardınca həmin təyyarə 40-dan çox deportasiya edilmiş şəxsi Özbəkistana aparıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin