Paşinyan Hnçak Partiyasının nümayəndəsi ilə görüşüb

2026/01/l-tUt-1769441054.jpg
Oxunub: 381     19:22     26 Yanvar 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Sosial Demokrat Hnçak Partiyasının (SDHP) Mərkəzi İdarə Heyətinin sədri Hambik Sarafyanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan hökumət ilə SDHP arasında formalaşmış konstruktiv əməkdaşlığı vurğulayıb.

Qeyd edilib ki, Sarafyan partiyanın sülh gündəliyinə və hökumətin siyasətinə dəstəyini bir daha təsdiqləyib.

“Görüşdə Ermənistan hökumətinin daxili və xarici siyasətinə dair məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hnçak  


Bizi "telegram"da izləyin