Tramp Rusiya, Çin və KXDR-in hörmətini qazandığını düşünür

2025/06/1750128084.jpg
Oxunub: 324     08:04     28 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və KXDR liderlərinin Birləşmiş Ştatlara hörmətini bərpa etməyi bacardığını bildirib.

Bu barədə Ordu.az xarici mətbuata istinadən xəbər verir.

Tramp Rusiya Prezidenti Vladimir Putinin bir gün əvvəl jurnalistlərlə görüşündə onun haqqında dediklərini “xoş” adlandırıb və deyib: “Putin ölkəmizə hörmət edir, Çin Sədri Si (Çin Sədri Si Jinpin -red.), Kim Çen In da ölkəmizə hörmət edir”.

Eyni zamanda Tramp qeyd edib ki, bir il əvvəl dünya və xüsusən də Putin əvvəlki prezident Co Bayden və onun ətrafının səriştəsizliyinə görə ABŞ-yə hörmət etmirdi.

Bir gün əvvəl Putin Minskdə jurnalistlərə deyib ki, “Rusiya ilə ABŞ arasında münasibətlər düzəlməyə başlayıb”. Rusiya Prezidentinin sözlərinə görə, Tramp “hakimiyyətə qayıtmaq üçün çox çətin, mürəkkəb və təhlükəli yoldan keçmiş” “cəsarətli insandır” və o, səmimiyyətlə Rusiya-Ukrayna münaqişəsinin həllinə çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   Çin   KXDR  


Bizi "telegram"da izləyin