Ordu.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.
Onun sözlərinə görə, tərəflər artıq hökumətlərarası sazişin hazırlanmasına başlayıblar. "Cari ilin sonuna qədər bu sənədi imzalamağı planlaşdırırıq", - o qeyd edib.
A.Satkaliyev həmçinin bildirib ki, AES-in tikintisi ilə bağlı işlərin dəyəri 14 milyard dollar təşkil edə bilər.
Ordu.az