"Aİ ABŞ ilə rüsumlarla bağlı danışıqları davam etdirir" - Ursula fon der Lyayen

2025/04/v700-1744267799.jpg
Oxunub: 336     04:08     27 İyun 2025    
Avropa İttifaqı iyulun 9-da gözlənilən ticarət razılaşması təklifləri ilə ABŞ-dan alınan sənədi araşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransı zamanı deyib.

"Bu gün biz ABŞ-dən gələcək danışıqlar üçün son sənədi aldıq. Biz bunu qiymətləndiririk. Bugünkü mesajımız aydındır: biz razılaşmaya hazırıq. Eyni zamanda, qənaətbəxş razılığın əldə olunmayacağı ehtimalına da hazırlaşırıq", - deyə o bildirib.

Bununla əlaqədar olaraq, fon der Lyayen qeyd etdi ki, görüş iştirakçıları "yenidən balanslaşdırma siyahısı ilə bağlı məsləhətləşdilər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ     Lyayen  


Bizi "telegram"da izləyin