Ordu.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, minatutan gəmilərin təhvil verilməsi Zeyebrüggedəki dəniz bazasında baş tutub.
“Minaaxtaran gəmilər yeni fəsilə – fərqli bayraq altında və yeni missiya ilə başlayırlar”, — Niderland müdafiə nazirinin səlahiyyətlərini icra edən Ruben Brekelmans deyib.
İlin sonunda ölkələr Kiyevə daha bir gəmi — "Zr.Ms. Makkum"u göndərəcəklər.
Xatırladaq ki, iyunun 24-də Brekelmans Niderland iqtidarının Ukraynaya 175 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırmağa qərar verdiyini açıqlamışdı. Paketə radar sistemləri və dronlar daxil olacaq.
Ordu.az