Qazaxıstan 2026-cı ildə süni intellekt mövzusunda Aİİ dövlət başçılarının görüşünü keçirmək niyyətindədir

2024/05/1716622528.jpg
Oxunub: 325     23:44     26 İyun 2025    
Qazaxıstan gələn il Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik edəcək. Qazaxıstan təşkilatın dövlət başçıları ilə rəqəmsallaşma və süni intellekt mövzusunda görüş keçirmək niyyətindədir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

Tokayev qeyd edib ki, rəqəmsallaşma Aİİ-nin qeyd-şərtsiz prioritetinə çevrilməli və dövlət başçıları səviyyəsində görüşlərdən biri bu mövzuya həsr olunmalıdır.

O əlavə edib ki, gələn il rotasiyaya əsasən Qazaxıstan Aİİ-nin sədri olacaq və Astanada analoji görüşün keçirilməsini gözlənilir. "Yəqin ki, biz bu görüşü, həqiqətən də, süni intellektin inkişafı və rəqəmsallaşma sahəsində səylərin birləşdirilməsi məsələlərinə həsr edəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan    


Bizi "telegram"da izləyin