"Sepah": ABŞ-nin İrana qarşı hərəkətləri güc balansını İsrailin xeyrinə dəyişdirə bilmədi

2025/06/1750321010.jpg
Oxunub: 388     23:32     26 İyun 2025    
ABŞ İsrailin İrana qarşı hərəkətlərinə qoşulmaqla münaqişədə qüvvələr balansını İsrail tərəfinin xeyrinə dəyişə bilməyib.

Ordu.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") bəyanatında deyilir.

Bildirilib ki, ABŞ ordusunun İsrail Silahlı Qüvvələrinin hərbçilərini xilas etmək məqsədilə münaqişəyə girməsi İranın güc balansını dəyişdirə bilməyib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş rəsmi Tehran cavab hücumu həyata keçirib. ABŞ doqquz gün sonra prosesə daxil olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sepah   ABŞ   İran   İsrail  


Bizi "telegram"da izləyin