Müharibə nəticəsində Təl-Əvivə 3 milyard dollar ziyan dəyib

2025/06/1750482482.jpg
Oxunub: 438     20:18     26 İyun 2025    
İranın İsraili atəşə tutması nəticəsində Təl-Əvivə 3 milyard dollar ziyan dəyib.

Ordu.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Bu məbləğə raketlərin atılması nəticəsində zədələnmiş binaların bərpası xərcləri, eləcə də yerli biznes üçün kompensasiya daxildir. Lakin hesablamalarda döyüş əməliyyatları zamanı istifadə olunan silahların və müdafiə sistemlərinin dəyişdirilməsi xərcləri nəzərə alınmayıb", - məlumatda bildirilib.

İsrailin maliyyə naziri Betsalel Smotriçin sözlərinə görə isə müharibənin ümumi dəyəri 12 milyard dollara çata bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin