Ordu.az xəbər verir ki, şirkət bu ayın əvvəlində Portuqaliya aviasiya və müdafiə sektorundan 150-yə yaxın şirkəti özündə birləşdirən “AED Cluster Portugal” ilə bir niyyət məktubu imzalayıb. Sözügedən anlaşma F-35 proqramına yerli şirkətlərin inteqrasiyasını təşviq etməyi hədəfləyir.
AED tərəfindən verilən açıqlamada bildirilir: “Bu memorandum potensial bir F-35 proqramı çərçivəsində zəruri qabiliyyətlərə malik portuqaliyalı şirkətlərin müəyyən olunması və bu şirkətlərin istehsal, texniki xidmət, Tədqiqat və İnkişaf (AR-GE) kimi sahələrdə layihələrə töhfə verməsi üçün əməkdaşlıq çərçivəsi təqdim edir”.
ABŞ-nin Lissabon səfirliyi də verdiyi açıqlamada bu əməkdaşlığı alqışladığını bildirib. Açıqlamada bu ortaq layihənin, “Portuqaliyanın aviasiya və müdafiə ekosistemini gücləndirəcəyi” və yüksək texnologiyalı layihələrə yerli şirkətlərin qatılımı baxımından “önəmli fürsətlər yaratdığı” qeyd olunub.
Mart ayında ABŞ prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaşanan gərginlikdən sonra çıxış edən Portuqaliya Müdafiə naziri Nuno Melo F-35 alınması məsələsinə ehtiyatla yanaşdıqlarını bildirib.
Portuqaliya mediasına verdiyi müsahibədə Melo bildirib: “NATO kontekstində ABŞ-nin son mövqeyi müttəfiqlərin etibarlılığını qiymətləndirməyimizi zəruri edir. Avropa seçimləri də daxil olmaqla bütün alternativlər masadadır”.
Bu müddət ərzində İsveçin “Saab” şirkəti “Gripen E/F” modelini Portuqaliyaya təklif edərkən, Fransanın “Dassault Aviation” şirkəti “Rafale” üçün daha ehtiyatlı mövqe sərgiləyib.
Lakin Portuqaliya Hərbi Hava Qüvvələri Komandanı general-leytenant João Cartaxo Alves aprel ayında verdiyi açıqlamada ölkənin F-35-dən başqa real alternativinin olmadığını vurğulayıb. Alves bildirib ki, “Rafale” və “Eurofighter” kimi Avropa təyyarələri F-35 qədər qabaqcıl səviyyədə deyillər.
Portuqaliya uzun müddətdir öz hava parkını modernləşdirməyi hədəfləyir. F-35 seçimi 2019-cu ildən bəri ölkənin gündəmində yer alır. “Lockheed Martin” şirkətinin yerli sənaye ilə əlaqələri isə bu seçimi gücləndirmək istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az