Ordu.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Rajlovac qəsəbəsində yerləşən hərbi hissədə təşkil edilən mərasimdə Bosniya və Herseqovina müdafiə naziri Zukan Helez, Türkiyənin Sarayevo səfiri Emin Akseki, Sarayevo səfirliyinin hərbi attaşesi polkovnik Murat Kul, BMC nümayəndələri və hərbi rəsmilər iştirak edib.
Helez jurnalistlərə verdiyi açıqlamada Türkiyənin dəstəyinin onlar üçün çox vacib olduğunu bildirib. Milli imkanlarla ASELSAN tərəfindən hazırlanan yeni nəsil antidron sistemlərindən biri olan “KANGAL FPV Anti-Dron Sistemi”ni daha əvvəl təhvil aldıqlarını deyən Helez sözlərinə belə davam edib:
“Dünyadakı ən müasir nəqliyyat vasitələrindən biri olan “Kirpi II”ni təhvil alırıq. Bu günə qədər ordumuza gələn hərbi texnika digər ölkələrin artıq istifadə etmədiyi avadanlıqlar idi. Bu gün aldığımız texnika isə tamamilə yenidir və yenicə istehsal olunub. “Kirpi II” dünyanın ən yaxşı zirehli personal daşıyıcısıdır. Beynəlxalq testlərdə birinci seçilib. Bosniya və Herseqovina bu sahədə ən müasir ordularla eyni səviyyədədir”.
Helez Ərdoğana dəstəyə görə təşəkkür edərək bildirib ki, silahlandırıla bilən bu nəqliyyat vasitəsi bir çox partlayışlara qarşı müdafiəyə malikdir və müasir bir sistemdir.
Sevinc Əliyeva
Ordu.az