"Çexiya ÜDM-in 5%-dək müdafiə xərclərinə razıdır" – Baş nazir

2025/06/1750914703.jpg
Oxunub: 352     06:04     26 İyun 2025    
Çexiya hökuməti ölkənin müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizinə qədər artırmağa hazırdır.

Ordu.az xəbər verir ki, bunu Baş nazir Pyotr Fiala hökumətin iclasından sonra verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, bu məsələ Şimali Atlantika Alyansının Haaqada keçirilən sammitində gündəmə gətirilib və Çexiya nümayəndə heyətinə hökumət tərəfindən verilmiş mandat ilkin olaraq belə artıma razılıq verilməsi imkanını nəzərdə tuturdu.

Baş nazir xatırladıb ki, mart ayında qəbul edilən qərara əsasən, Çexiya 2030-cu ilə qədər müdafiə xərclərini hər il ÜDM-in 0,2 faizi səviyyəsində artıraraq, ümumilikdə 3 faizə çatdırmağı planlaşdırır:
“Əgər bu artım sonrakı illərdə də davam etdirilərsə, 2032-ci və ya 2035-ci ilə qədər müdafiə xərclərinin 3,5 faiz səviyyəsinə çatması çətin olmayacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   ÜDM   Müdafiə  


Bizi "telegram"da izləyin