İsveç döyüş təyyarələri Rusiya döyüş təyyarələrinin qarşısını alıb

2025/06/2025--1750673331.jpg
Oxunub: 434     21:08     26 İyun 2025    
İsveç Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 2 ədəd “Gripen” döyüş təyyarəsi Rusiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus təyyarənin qarşısını alıb.

Ordu.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb.

İsveç Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, İsveç HHQ-yə məxsus 2 ədəd “Gripen” döyüş təyyarəsi İsveç hava məkanı yaxınlığında uçan Rusiya HDQ-yə məxsus 2 təyyarənin qarşısını alıb.

Hadisə cümə günü yerli vaxtla saat 19:00-dan sonra baş verib.

“Defence Blog”un məlumatına görə, sözügedən rus təyyarəsi döyüş təyyarələri Malmö üzərində uçarkən aşkar edilib.

İsveç Silahlı Qüvvələrinin mətbuat katibi Mikael Aqren verdiyi açıqlamada qeyd edib: “Bu, təlim məşqi deyildi. Başqa təyyarələri aşkar etdik”.

Aqren, həmçinin təsdiqləyib ki, missiyanın yerinə yetirilməsinə Baltik dənizinin cənubu üzərində beynəlxalq hava məkanında fəaliyyət göstərən Rusiyanın 2 “Su-30SM Flanker” döyüş təyyarəsinin aşkarlanması səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Rusiya  


Bizi "telegram"da izləyin