Putin Ərdoğana təşəkkür edib

2025/01/1737394462.jpg
Oxunub: 420     03:26     19 İyun 2025    
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin suallarını cavablandırıb.

Bu barədə Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Putin İstanbulda Ukrayna nümayəndələri ilə aparılan danışıqların nəticələrini müsbət qiymətləndirib. O, danışıqların humanitar nəticələrinin olduğunu vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

"Prezident Ərdoğana təşəkkür edirik, razılaşma (2022-ci ildə Ukrayna ilə razılaşma-red) hazırlandı. Sonra (avropalılar) dedi ki, Rusiya meydanda məğlub olmalıdır", - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, mayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri ilə Rusiya-Ukrayna nümayəndələri 3 ildən sonra İstanbulda bir araya gəliblər. Türkiyənin ev sahibliyi etdiyi danışıqlarda əsir mübadiləsi ilə bağlı razılaşmalar əldə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ərdoğan  


Bizi "telegram"da izləyin