İran səması tamamilə ABŞ-nin nəzarətindədir - Tramp ultimatum verdi

2025/06/1750128084.jpg
Oxunub: 541     20:41     18 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp İrana qarşı son ultimatumla çıxış edib.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin rəhbəri jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, İran səmasının tamamilə ABŞ-nin nəzarətində olduğunu qeyd edərək, Yaxın Şərqdə çoxlu xoşagəlməz hadisələrin baş verə biləcəyini vurğulayıb.

"Bu, cəmi iki çox sadə sözdür - qeyd-şərtsiz kapitulyasiya. Sadə dillə desək, bu, o anlama gəlir ki, kifayətdir, təslim oluram, daha heç nə olmayacaq", - deyə Tramp izah edib.

O etiraf edib ki, İran bu təklifi rədd edərsə, ABŞ İranın hərbi və nüvə infrastrukturunu vura bilər.

ABŞ lideri Yaxın Şərqdə baş verənlərin fonunda gələn həftənin "böyük bir həftə olacağını" söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin