Tramp Netanyahu ilə söhbətində İrana qarşı əməliyyatın davam etdiriləcəyini təsdiqləyib

2025/06/1749476794.jpg
Oxunub: 444     20:35     18 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində yəhudi dövlətinin İrana qarşı hərbi əməliyyatının davam etdiriləcəyini təsdiqləyib.

Ordu.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə bildirib.

"Mən ona dedim: "Davam edin", - Tramp Netanyahu ilə iyunun 17-də baş tutan söhbətini şərh edib.

Bundan əlavə, Amerika lideri İrana qarşı döyüş əməliyyatlarının yaxın günlərdə aktivləşə biləcəyi barədə xəbərdarlıq kimi şərh oluna biləcək açıqlama verib.

"Növbəti həftə çox əhəmiyyətli olacaq. Bəlkə də bir həftədən az. Bəlkə də daha az", - Tramp təfərrüatlara varmadan xəbərdarlıq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin