Tramp NATO-nun Haaqada keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib

2025/06/1750264491.jpg
Oxunub: 370     20:18     18 İyun 2025    
ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Bəli, mən gedəcəyəm. Düşünürəm ki, gedəcəyəm”, — deyə ABŞ lideri qeyd edib.

Məlumata görə, 24–25 iyun tarixlərində keçiriləcək tədbirdə 45-dən çox dövlət və hökümət başçısının, habelə 45 xarici işlər və müdafiə nazirinin iştirakı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO   Haaqa  


Bizi "telegram"da izləyin