Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, hərbi əməliyyatlar müfəttişləri ölkənin nüvə obyektlərinə girişdən məhrum edib.
Agentliyin məlumatına görə, 409 kiloqram yüksək zənginləşdirilmiş uran AEBA-nın plombu altında İsfahandakı yeraltı obyektdə saxlanılmalı idi. Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, onların yeri qeyri-müəyyən olaraq qalır. Çünki Tehran onu xəbərdar edib ki, İsrail hücumu olacağı təqdirdə ehtiyatlar köçürülə bilər.
"Müharibə zamanı bütün nüvə obyektləri bağlanır. Heç bir yoxlama və standart fəaliyyət həyata keçirilmir", - R.Qrossi vurğulayıb.
AEBA peyk görüntüləri vasitəsilə obyektləri izləməyə davam edir və hələlik uranın köçürülməsini qeydə almayıb. O bildirib ki, əgər bu baş versəydi, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərinin ciddi şəkildə pozulması olardı.
Ordu.az